Sizin Reklam Burada
Tel: 050 378-66-61

Şəmşad Ağanın müalicə müəssisəsinə yerləşdirildiyi deyilir

18-09-2025, 08:50   



"MeydanTV işi" ilə bağlı həbs edilən jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağanın səhhətində problem yarandığı bildirilir.

Yaxınlarının sentyabrın 17-də yaydıqları məlumata görə, jurnalist mədə-bağırsağında yaranan problemlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.

Onun mədə xorasından əziyyət çəkdiyi bildirilir.

Bu məlumatı Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

Ş.Ağa fevralın 5-də MeydanTV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb .


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

{sape_links}