Abşeron rayonu, Xırdalan şəhəri 9 saylı orta məktəbdə dərslər başlamamış pul yığılır. Anxeber.Az bildirir ki, bu barədə məktəbdə valideyn komitələrindən birinin rəhbərinin səsi yayılıb. O, valideynlərin olduğu votsap qrupuna yolladığı səsdə 9 saylı məktəbin təmiri üçün pul yığıldığını bildirib. Komitə rəhbəri valideynlərdən bu pulu tələb edib və səs yazısında təlimatın məktəb rəhbərliyindən gəldiyini etiraf edib. Lakin valideynlər ödəniş etmədiyi üçün təkrar səs yollayaraq onsuz da təmir pulunu verməli olduqlarını deyib. Həmçinin komitə rəhbəri başqa bir səs yazısında məktəbin başlanması ilə əlaqədar gül, tort və zinət əşyası pulu yığılmasını dilə gətirib. Bu da valideynlərdə narazılıq doğurub. Çünki məktəbin təmirini dövlət həyata keçirir, tort və gül almaq isə öhdəlik deyil. Məsələ ilə bağlı validetun komitəsinin rəhbəri Xəzər Tv-yə deyib ki, bu bir təşəbbüsdür və məcburi deyil. 9 saylı məktəbin direktoru Qərənfil İbrahimova isə səs yazısına baxmayaraq, iddiaları təkzib edib. O, pul yığılmasından xəbərsiz olduğunu bildirib. Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə deyilib ki, məsələ araşdırılır.
AnXeber.Az