"Azərbaycan Reallığı" xəbər verir ki, Abşeron rayonunun Qobu qəsəbəsində qanunsuz tikinti faktı aşkarlanıb. Yerli sakinlərin narahatlığına səbəb olan bu tikinti işlərinin hansı əsasla aparıldığı və kim tərəfindən himayə olunduğu hələlik məlum deyil.
Məsələ ilə bağlı müvafiq qurumların araşdırma aparacağına və qanunsuzluğa yol verən şəxslərin məsuliyyətə cəlb olunacağına inanırıq. İctimaiyyət bu hadisənin tezliklə aydınlaşdırılmasını və qanunun aliliyinin təmin olunmasını gözləyir.