Daxili İşlər Nazirliyi Cəfər Cabbarlı adına kinostudiyanın həyətində baş verən yanğınla bağlı açıqlama yayıb.
DİN-in məlumatına görə, baş vermiş hadisə nəticəsində vətəndaşlardan xəsarət alan olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanları da cəlb olunub və təhlükəsizlik tədbirləri görülür.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi yanğının artıq məhdudlaşdırıldığını bildirib. Ərazi üzrə araşdırmalar davam etdirilir.