Sizin Reklam Burada
Tel: 050 378-66-61

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində 4 ayda 221 min manatlıq "alış-veriş" edilib / Görün nəyə xərclənib

Bu gün, 08:53   


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində 4 ayda 221 min manatlıq "alış-veriş" edilib /
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ötən ilin noyabr ayından bu ilin fevral ayına qədər ümumi məbləği 221.414,64 manat olan bir neçə tender müqaviləsi imzalayıb.

32gun.az xəbər verir ki, idarə müxtəlif istiqamətlər üzrə aşağıdakı şirkətlər və şəxslərlə satınalma müqavilələri bağlayıb:

"NEOSOL" MMC – Katric və dəftərxana mallarının alınması — 1.277,92 AZN
"PEARL SERVİS" MMC – Müxtəlif xidmətlərin satınalınması — 19.704,82 AZN
"OFİS-A.M." MMC – İKT avadanlıqlarının alınması — 4.838 AZN
Yusibova Amalya Cabbar qızı – Birmənbə icarə müqaviləsi — 9.600 AZN
Azəristiliktəchizat ASC – İstilik xidmətlərinin göstərilməsi (bir mənbədən) — 182.033,9 AZN
Aztelekom MMC – İnternet xidmətləri (bir mənbədən) — 3.960 AZN
Qeyd edək ki, bu tenderlər dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş açıq məlumatlara əsaslanır. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sadalanan müqavilələri müxtəlif texniki və kommunal ehtiyacların qarşılanmasına yönəlib.

Xatırladaq ki, 30 oktyabr 2024-cü il tarixində elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Qeyd olunan tenderlər də məhz Elçin Kərimovun rəhbərliyi dövründə həyata keçirilib.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar