Sizin Reklam Burada
Tel: 050 378-66-61

"SƏNİN ŞTATIN İXTİSARA DÜŞDÜ" DEYİRLƏR, LAKİN... - "Azəriqaz"da etirazlar kütləviləşir

Bu gün, 12:55   



img


"Azəriqaz" İB strukturuna daxil olan bəzi Regional Qaz İstismarı İdarələrində (RQİİ) çalışan işçilər bildirir ki, onlara tutduqları vəzifənin ixtisara düşdüyü ilə əlaqədar bildiriş verilsə də, həmin vəzifəyə başqa işçi götürülür".

Mia.az xəbər verir ki, bunu "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşıb.

O, hüquqşünas Azər Quliyevə istinadla bildirir ki, burada qanunsuz hallar kütləviləşib: "İşçinin əmək müqaviləsi o əsasdan ləğv olunur ki, onun tutduğu ştat ləğv olunur. İşçinin ştatı qalırsa, onun əmək müqaviləsi bu əsasla ləğv oluna bilməz. Bu halda işçi məhkəməyə müraciət edərsə, onun prosesi udmaq ehtimalı çox böyükdür".

Mia.az-ın əldə etdiyi məlumata görə, "Azəriqaz"da ixtisar adı altında başlayan "islahat"lar böyük narazılıq dalğası formalaşdırıb.

Məlumata görə, 20-30 il qurumda işləyən təcrübəli kadrlar müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılmaları ilə barışmaq niyyətində deyillər: "Onların ölkə rəhbərliyinə və  məhkəmələrə müraciətlərinin sayı həndəsi silsilə ilə artır..."

Samir

MİA.AZ

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar