Sizin Reklam Burada
Tel: 050 378-66-61

Rusiya Donetskdə bazarı "Smerç"lə vurdu! Ölənlər var! Bölgə boşaldılır

Bu gün, 08:06   



Hurriyyet.az xəbər verir ki, Rusiya qüvvələri avqustun 20-də, gündüz saatlarında Donsetsk vilayətindəki Konstantino məntəqəsində yerləşən bazara raket zərbələri endirib. Zərbələr nəticəsində 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Bu barədə Donetsk vilayət hərbi administrasiyasının başçısı Vadim Filaşkin öz "Teleqram" kanalında məlumat verib. Məlumatda deyilir: "Konstantinovkaya endirilən zərbələr nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Ruslar şəhərə 8 "Smerç" raketi atıblar - onlar qəsdən bazarı nişan alıblar".
Filaşkinin sözlərinə görə, 15 ticarət pavilyonu, 8 fərdi yaşayış evi, 6 çoxmərtəbəli bina, mağaza, 2 avtomobil və elektrik xətti zədələnib. Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Rusiya Silahlı Qüvvələrinin davam edən zərbələri ilə əlaqədar bölgə əhalisini dərhal təxliyə olunmağa çağırıb.

 

Hürr Tərcüman

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar