Sizin Reklam Burada
Tel: 050 378-66-61

Su Ehtiyatları Agentliyində qudalar hakimiyyəti - Zaur Mikayılovu ifşa edən FOTO

Bu gün, 11:31   




Bir müddət əvvəl Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi qurumda qudalarına yüksək vəzifə verməsi ilə bağlı məlumat yayılmışdı.


Su Ehtiyatları Agentliyində qudalar hakimiyyəti - Zaur Mikayılovu ifşa edən FOTO

SAVASHMEDİA.az xəbər verir ki, Zaur Mikayılovun qudaları Əsəd Şirinov və Fuad Quliyevin Dövlət Su Agentliyində mühüm postlar tutması etirazlara və müzakirələrə səbəb olmuşdu. 

Amma təxminən bir ilə öncə yayılmış bu məlumatlardan sonra qudaların tutduqları vəzifələrdən azad edilməsi ilə bağlı informasiya yayıldı.

Məlumatda bildirilirdi ki, Zaur Mikayılovun özünə müşavir təyin etdiyi qudası Əsəd Şirinov artıq vəzifəsindən istefa verib.

Agentlik sədrinin müşaviri vəzifəsindən Aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyevin isə təyinatı müvəqqəti olaraq dayandırılıb. Artıq ləğv edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saytından da sözügedən vəzifəli şəxslərin adları silinib.

Amma Dövlət Su Ehtiyatları Agentliyinin rəsmi saytındakı son məlumatlar qudaların hələ də iş başında olduğunu təsdiqləyir. Qudanın biri yenə aparat rəhbəri, digəri isə müşavir postunda yerindədir. 

Oğuz

Möv

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar