Sizin Reklam Burada
Tel: 050 378-66-61

Xətai rayonu Sarayeva küçəsində qanunsuz obyektin açılışına hansı məmur icazə verdi?-Videofaktlar

Bu gün, 09:37   



 

Ötən illərdə Xətai rayonu Sarayeva küçəsində həmin yol üstündə olan kiçik parkda ağaclar kəsilib obyekt tikilirdi. Bununla bağlı mətbuatda bir sıra məlumatlar dərc olunmuşdur. Hətta video və foto görüntülərə yayılmışdır. 

media-sara

Həmin ərazidə ictimai qınaq olduğu üçün işlər dayandırıldı.

XALQ-a daxil olan məlumata görə Sarayeva küçəsində yenidən həmin ərazidə qanunsuz obyekt açılıb.

media-55media-56

  Xətai sakinləri  bildiriblər ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Sarayevo küçəsində yaşıllıq ərazidə iaşə obyektinin açılışına kim icazə verib?  Bu məsələyə etiraz etdiklərini bildirən şikayətçilər burada aparılan  işlərin ağacların məhv olmasına, şəhər mühitinin pozulmasına və insanların piyada hərəkətinə ciddi maneə yaratdığını deyiblər.

media-55media-56


Ötən il aparılan işlər dayandırıldı:

Amma ötən həftə yenidən Sarayeva küçəsində həmin ərazidə qanunsuz işlər aparılıraq obyekt fəaliyyət başladı.  Həmin görüntüləri təqdim edirik:

Video Player


00:00
00:19


XALQ bildirir ki,  Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Məsələ ilə bağlı  Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Xətai rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

Qurumların mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar