Sizin Reklam Burada
Tel: 050 378-66-61

Sumqayıtın mərkəzində qanunsuz tikintini hansı məmur himayə edir?

Bu gün, 15:55   



Sumqayıtda növbəti qanunsuz tikinti qeydə alınıb. Bu faktı sakinlər özləri üzə çıxarıblar.

Məsələ ilə bağlı  XALQ -a verilən   məlumatına görə  sözügedən tikinti tamamilə qanunsuz və gizli şəkildə həyata keçirilir.

Tikinti Sumqayıt şəhərinin mərkəzində Sülh prospektində  aparılır. Tikinti işlərinə bayramqabağı — nəzarət orqanlarının fəaliyyəti zəiflədiyi bir dövrdə start verilib. Bu, qanunsuz tikinti aparanlar üçün  “klassik sxem”dir: Tikinti ya şənbə-bazar günləri, ya da uzunmüddətli istirahət günlərində həyata keçirilir ki,  şəhərsalma qurumları müdaxilə edə bilməsin. Məqsəd isə açıqdır — qanunsuzluğu ört-basdır etmək, tikintini nəzarətdən yayındırmaq.

İddialara görə  Sumqayıt  icra hakimiyyəti ilə “razılaşma” əsasında bu işlər görülür.

Qeyd edək ki, Sumqayıt ərazisində bu lk deyil. Məsələ ilə bağlı rayon Sumqayıt icra hakimiyyətində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin açıqlama almaq mümkün olmadı.

Bildiri ki, Sumqayıt icra hakimiyyəti başçısı Zakir Fərəcovdur.

Qurumların mövqeyini dərc etməyə hazırıq.

 

 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar