Sizin Reklam Burada
Tel: 050 378-66-61

Səhiyyə Nazirliyi artıq xəstələrin şikayətinə baxmayacaq: Ya TƏBİB, ya məhkəmə - YENİLİK

23-04-2021, 15:01   


Səhiyyə Nazirliyi artıq xəstələrin şikayətinə baxmayacaq: Ya TƏBİB, ya məhkəmə - YENİLİK

Hüquqları pozulan pasiyentlərin müraciət edə biləcəyi qurumların siyahısına TƏBİB də əlavə olunub.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, hüququ pozulan pasiyentər artıq Səhiyyə Nazirliyinə müraciət etməyəcək.
Belə ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) - TƏBİB-ə və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə biləcək.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar