Xəbər verdiyimiz kimi, tanınmış tarixçi alim, pedaqoq Dilavər Əzimli koronavirusdan vəfat edib.Alimin vəfatından sonra xanımı Arzu Qazıyeva onun xəstəxanaya yerləşdirilməsi və ölümü ilə bağlı təfsilatı açıqlayıb.
Belə ki, Dilavər Əzimli Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanada 2 aydan artıq idi ki, müalicə alırmış. Arzu Qazıyeva bildirib ki, yoldaşı xəstəxanaya özü gedib, lakin bir neçə gün sonra onu reanimasiyaya yerləşdirdikləri barədə ailəsinə məlumat veriblər.
Buna səbəb olaraq isə düşünür ki, ya müalicə düzgün getməyib, ya da vəziyyəti yüngün olduğu üçün diqqətli yanaşmayıblar. D.Əzimlinin vəfat etdiyi gün isə onun ölüm xəbərinə ailəsinə nəşi morqa aparan xəstəxana sürücüsü çatdırıb. Yəni xəstəxana ailəyə şəxsin ölümü barədə heç bir məlumat verməyib.
Məsələ ilə bağlı FHN-nin Zığda yerləşən modul tipli xəstəxanasından
Cebhe.info-ya verilən məlumatda da bildirilir ki, xəstə yaxınları xəstəxanaya zəng edərək bu barədə məlumat əldə edə bilərlər.
“Xəstə yaxınları ilə tez-tez əlaqə saxlanılır. Onlara həm məlumatları, həm də xəstənin səhhətləri barədə məlumat verilir. Ölüm halı qeydə alındıqda isə yalnız şəhər nömrələrindən yaxınlarına zəng edilir və məlumat verilir. Çünki hal-hazırda sadəcə şəhər nömrələri ilə mümkündür”.Xatırladaq ki, sözügedən xəstəxanada əməkhaqqının aylardır verilmədiyinə dair məlumatlar var.
Gülnarə Məmmədova
Anaxeber.info