Sizin Reklam Burada
Tel: 050 378-66-61

Su pulu artdı: "Bir əhalidən soruşun ki, sənin bunu ödəməyə gücün çatır?"

2-02-2021, 08:37   


  • Videonun alt yazısı,Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

    Paylaşımın sonu YouTube, 1


Video açılmırsa, YouTube-dan izləyin.

Bu gündən Azərbaycanda əhali üçün içməli suyun qiyməti ikiqat hesablanacaq.

Bu Tarif Şurasının bazar günü, yanvarın 31-də açıqladığı qərardan sonra baş verir.

Tarif Şurasının iclasında "Azərsu" ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.


BBC News Azərbaycanda Azərsu ASC-dən qiymət artımını ilə bağlı şərh ala bilməyib. Qurum sözçüsü Anar Cəbrayıllı yerli mediaya deyib ki, Tarif dəyişikliyində hədəf mənfəət əldə etmək deyil, bu, xidmətlərin yaxşılaşdırılması, dövlət büdcəsindən subsidiyaların aradan qaldırılmasına hesablanıb.

Dövlət büdcəsindən 2020-ci ildə Azərsu ASC-yə 38 milyon manat subsidiya ayrılıb.

Su-kanalizasiya tariflərinin artırılmasını KİV-ə şərh edən "Azərsu" ASC-nin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov qeyd edib ki, su təchizatı tarifləri sonuncu dəfə 13 may 2016-cı ildə tənzimlənib və o vaxtdan bəri "əhəmiyyətli dəyişikliklər baş verib."

"Bu dəyişikliklər xidmətlərin maya dəyərinin, istehsal, istismar xərclərinin artmasına təsir göstərib, - Camalov deyib. - Ən mühüm faktor həmin dövr ərzində ASC-nin xidmət göstərdiyi abonentlər 250 min artıb. Bununla yanaşı, xidmət sahəsi 50 faizdən 70 faizə yüksəlib, eyni zamanda əsasən Bakı şəhəri daxil olmaqla digər rayon və şəhər mərkəzlərinin fasiləsiz su təminatı faizi xeyli yüksəlib."

"Dünyanın əksər ölkələrində bu gün su qıtlığı yaşanır. Resursların məhdudluğu şəraitində təbii ki, tariflərə yenidən baxmaq zərurəti ortaya çıxır. Dünyanın əksər ölkələrində su qıtlığına qarşı mübarizənin ən yaxşı metodlarından biri yüksək tariflərin, daha doğrusu, optimal tariflərin tətbiq olunmasıdır ki, bundan sonra, təbii ki, sudan qənaətli istifadə oluna bilər," - Camalov deyib

Onun sözlərinə görə, yay aylarında Azərbaycanda su ehtiyatları məhdud olur və su tariflərinə yenidən baxılması adambaşına düşən su istehlakının azalmasına gətirib çıxara bilər.

1 fevraladək qüvvədə olan tariflərə görə isə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün bir kubmetr suyun qiyməti 35 qəpik, digər inzibati ərazi vahidləri üçün 30 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi ölkə üzrə bir kubmetr üçün 15 qəpik səviyyəsində olub.

Tullantı sularının axıdılması tarifi digər abunəçilərə suyun bir kubmetri üçün 1 manat səviyyəsində qalıb.

sakin

Suyun qiymətinin artmasına narazılıq

Azərbaycanda su tariflərinin ikiqat bahalaşması sosial mediada narazılıqla qarşılanıb.

İqtisadi məsələlər üzrə təhlilçi Samir Əliyev suyun qiymətinin qalxmasını gözlənilən sayır. O deyir ki, bu artım insanların sosial vəziyyətinə "pis təsir edəcək".

Təhlilçi BBC News Azərbaycanca müsahibəsində deyir ki, suyun qiymətinin artmasını dövlətin büdcə xərclərini azaltması kimi dəyərləndirmək olar.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, ilk növbədə şirkətlərin xərcləri ilə bağlı ciddi araşdırma aparılmalı idi: "Görünən odur ki, asan yol seçilir və həmin sahələrə cavabdehlik daşıyan məmurların hərisliyi, onların qazancları vətəndaşın üzərinə yüklənilir".

Bu gün Parlament iclasında da su qiymətinin qaldırılması müzakirə edilib. Bəzi deputatlar qiymətləri tənzimləyən Tarif Şurasını tənqid ediblər.

AZƏRSU SU

Xəbər çıxdıqdan sonra Bakıda bəzi şəxslər smart karta "köhnə taariflə" pul yükləməyə çalışıblar. Lakin ödəniş etmək üçün aparatlar 10 manatdan çox məbləği qəbul etməyib.

Daha sonra "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat yayıb ki, "Tarif Şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür".

"Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür. Abonentlər sonradan yerli sukanal idarələrinə və "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər," o vurğulayıb.

anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar