Son günlər gündəmdə olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyində və strukturunda olan bir sıra vəzifələr ləğv olunur.
Cebhe.info xəbər verir ki, artıq rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib. Bu vəzifəni Əli Abdullayev tuturdu.
Cebhe.info xatırladır ki, hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyində nazir Rəşad Nəbiyev və 5 müavini-Rəhman Hümmətov, Rövşən Rüstəmov, Samir Məmmədov, Cavid Qurbanov və Fərid Əhmədov təmsil olunur. Qeyd edək ki, Samir Məmmədov, Cavid Qurbanov və Fərid Əhmədov 24 apreldə Prezident sərəncamı ilə bu vəzifəyə təyin olunub.
Nazirliyin strukturuna isə iki qurum – Dövlət Mülki Aviasiya Agentliyi və Elektron Təhlükəsizlik Xidməti daxildir.
Nazirliyin tabeliyində olan qurumlar isə aşağıdakılardır:
*“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs;
*“İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” publik hüquqi şəxs;
*“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs;
*“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs;
*“Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs;
*"Aztelekom" MMC;
*"Bakı Telefon Rabitəsi" MMC;
*"Azərpoçt" MMC;
*“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi;
*Dövlət Radiotezliklər İdarəsi;
*"AzInTelecom" MMC; *"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC;
*“Bakı Taksi Xidməti” MMC;
*“İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC.
Vilayət Muxtar
Cebhe.info