Sizin Reklam Burada
Tel: 050 378-66-61

Azərbaycanda kollektiv immunitet formalaşıb: TƏHLÜKƏ SOVUŞDU?

6-10-2021, 14:39   


Azərbaycanda kollektiv immunitet formalaşıb: TƏHLÜKƏ SOVUŞDU?

Sentyabrın sonuna qədər Avropa və Mərkəzi Asiya regionunun 5 ölkəsində (Azərbaycan, Xorvatiya, Macarıstan, Polşa və Türkiyə) tam vaksinlənmiş insanların sayı dünya üzrə orta göstəricisindən yüksək olub.
Bu barədə Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir. Sənədə əsasən, vaksinləşmə sürəti son zamanlarda artsa da, qismən yüksək vaksin istəksizliyi səbəbi ilə bölgə iqtisadiyyatlarının üçdə birində vaksin dozalarının sayı qlobal nisbətin təxminən yarısı və ya daha aşağı olub. Aşağı vaksinləşmə nisbətlərinə sahib bir çox Avropa və Mərkəzi Asiya ölkələrində, III rübdə koronavirusdan ölüm hallarında artım xüsusilə nəzərə çarpıb. Bütün bunlarla yanaşı, vaksinləşmiş əhalinin say nisbəti həmişə virusdan qurtulmaq üçün əsas göstəricilərdən sayılır.
ÜST-ün məlumatlarında deyilir ki, koronavirusun azalması və gedikcə yox olması üçün ilk növbədə insanlarda virusa qarşı kollektiv immunitet formalaşmalıdır. Bunun baş tutması isə 70-80 faiz insanın vaksinləşməsindən sonra mümkün ola bilən haldır.
Maraqlıdır, Azərbaycanda indiyədək neçə faiz vətəndaş vaksinlənib? Kollektiv immunitetin yaranmasına zəmin nə qədərdir?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan tibb üzrə tanınmış mütəxəssis Ədalət Rüstəm Azərbaycan əhalisində hazırda kollektiv immunitetin formalaşdığını deyib:

“Ötən günün məlumatında bildirilir ki, 5 milyon nəfər 2-ci doza vaksin vurdurub. 3 milyon əhali də təxminən Rusiya,Türkiyə və digər ölkələrdədir. Bu, o deməkdir ki, əhalinin 80 faizi vaksinləşib. Bu qədər faiz nisbəti isə kollektiv immumnitetin yaranması deməkdir”.
Həkim qeyd edir ki, buna baxmayaraq, 2-ci doza vaksin vurduranların da virusa yoluxmaq ehtimalı var: “İnsanlar 3-cü doza vaksin vurdurandan sonra belə, virusa yoluxma ehtimalı var. Sadəcə, vaksin dozaları burada 2 və 3 dəfə virusdan qorunmaq üçün dəbilqə geyinilməsi kimi anlaşılmalıdır”.
Şəlalə Babayeva
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar