Sizin Reklam Burada
Tel: 050 378-66-61

Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb

17-08-2021, 11:42   


Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edib.
DİM-dən Cebhe.info-ya verilən məlumata görə, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.
Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar təqdim olunub.
Qeyd edək ki, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2021‑ci il avqustun 20-dən 30-dək in­ter­­net vasitəsilə aparılacaq.
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar