Sizin Reklam Burada
Tel: 050 378-66-61

Yeni kəşf: Koronavirusu məhv edən material yaradıldı

16-08-2021, 16:03   


Yeni kəşf: Koronavirusu məhv edən material yaradıldı

Rusiyalı alimlər virusları bir neçə saniyə ərzində öldürə bilən material yaradıblar.
Cebhe.info xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti yazıb.
Məlumata görə, həmin material "İonit" adlanır. "Millətin sağlamlığı" QHT təşkilatının mütəxəssisləri tərəfindən icad edilən bu material viruslu dovşanlarla təmas zamanı uğurlu nəticə verib.
"Materialın tərkibinə üzvi molekullar aşılayırıq və bu bakteriyaları məhv edir", - deyə şirkətin İnkişaf direktoru Maksim Yakovlev bildirib.
Rusiyalı mütəxəssislər bu qənaətə gəliblər ki, bu yeni material nəqliyyatda, geyim və digər sahələrdə tətbiq edilə bilər.
Bildirək ki, "İonit"in bu ilin sonunadək apteklərdə satılacağı təxmin edilir. Qiymətinin isə elə də baha olmayacağı bildirlib.
Sevinc Tapdıqqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar