Ümumdünya Səhiyyə Təşkilatı son açıqlamasında bildirib ki, yunan əlifbasındakı 24 hərf koronavirusun mutasiyalarını adlandırmaq üçün kifayət etməyə bilər.Gələcəkdə koronavirusun mutasiyalarının adlandırılması üçün yunan əlifbasının 24 hərfi kifayət etməyə bilər, bu halda yeni ştammlara bürclərin adlarının verilməsi nəzərdə tutulur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove deyib ki, potensial yeni ştammların adlandırılması üçün yunan tanrılarının adları təklif olunsa da, bu variant qəbul edilməyib. Ekspertin sözlərinə, koronavirus ştammlarının adlandırılması ilə bağlı qərar tezliklə elan oluna bilər.
Qeyd edək ki, bu ilin mayında ÜST COVID-19-a səbəb olan SARS-CoV-2 koronavirus ştammlarının yunan hərfləri ilə adlandırılacağını elan etmişdi.
Bugünədək "alfa", "beta", "qamma", "delta" və "lyambda" ştammları məlumdur.Britaniya, Cənubi Afrika, Hindistan kimi ölkələrdə yeni ştammlar aşkar edilib. Bəs görəsən, Azərbaycan ştammı yarana bilərmi?
Bununla bağlı infeksionist Azər Nağıyev
Cebhe.info-ya açıqlamasında bildirib ki, belə bir ehtimal yoxdur:
“Məncə, Azərbaycan ştammı yaranmayacaq. Müəyyən bir ştammın əmələ gəlməsi mutasiya mərkəzində baş verir. Azərbaycanda həddindən artıq sayda yoluxma olmadığı üçün virus kütləvi şəkildə yayıla və mutasiyaya uğraya bilməz”.Elmir Kərimli
Cebhe.info