Sizin Reklam Burada
Tel: 050 378-66-61

İki peyvəndin birgə vurulması təhlükəli olacaq?- “Eyni texnologiya ilə hazırlandıqlarından...”-İNFEKSİONİS

5-08-2021, 17:33   


İki peyvəndin birgə vurulması təhlükəli olacaq?- “Eyni texnologiya ilə hazırlandıqlarından...”-İNFEKSİONİS

Azərbaycanda COVID-19-a qarşı “AstraZeneca/Oxford” və “Sputnik V” peyvəndinin birinci komponentin (Sputnik Light) birgə istifadəsinə dair aparılmış sınaqların nəticəsi açıqlanıb.
Rusiya İnvestisiya Fondu (RDIF) bildirib ki, iki vaksinin birgə istifadəsi təhlükəsizdir. Azərbaycandakı sınaq dünyada bu üzrə keçirilmiş ilk klinik tədqiqatdır.
"AstraZeneca” vaksini və “Sputnik V” peyvəndinin birinci komponentinin Azərbaycanda qarışığının təhlükəsizliyi və immunogenliyi ilə bağlı tədqiqatlar 2021-ci ilin fevral ayında başlayıb. Bu günə qədər 50 könüllü vaksinasiya olunub və klinik sınaq üçün könüllülərin qəbulu davam edir.
Qurum bildirib ki, “AstraZeneca” və “Sputnik V” peyvəndinin birinci komponentinin Azərbaycanda birgə istifadəsinin immunogenliyi ilə bağlı ilkin məlumatların 2021-ci ilin avqustunda dərc ediləcək. "Qlobal bir proqram çərçivəsində vaksinlərin qarışığının tətbiqiylə bağlı sınaqlar eyni zamanda bir neçə ölkədə aparılır”, - məlumatda deyilib.
Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Belarusda da bu cür sınaqların keçirilməsinə icazə verilib.
RDIF-in Baş direktoru Kirill Dmitriev "AstraZeneca” ilə birgə klinik sınaqların ilk belə bir partnyorluq təcrübəsi olduğunu qeyd edib:
"Azərbaycanda və digər ölkələrdə sınaqların uğurlu olacağını gözləyirik. Bu, vaksinasiya proqramlarının daha təsirli şəkildə həyata keçirilməsinə və dünyanın hər yerində insanların sağlamlığının qorunmasına imkan verəcək".
"Yeni ortaya çıxan koronavirus ştamlarına qarşı daha təsirli mübarizə aparmaq üçün Sputnik V peyvəndinin digər vaksinlərlə qarışıq tətbiqi üzrə sınaqların keçirilməsini vacib sayırıq", - Kirill Dmitriyev qeyd edib.
İki vaksinin gələcəkdə birləşdirilərək istifadəsi təhlükəli ola bilərmi? 50 nəfər üzərindəki sınaq tam nəticə üçün əsas verirmi?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında infeksionist Mərdan Əliyev deyib ki, hər iki vaskin kliniki sınaqlardan uğurla keçib deyə bir problem gözlənilmir:

“Bu vaksinasiya effektivliyi yoxlamaq üçün könüllülər üzərində üçün keçirilib. Hər iki vaksin faz1,faz2 və faz3 mərhələlərindən keçib. İndi sadəcə olaraq iki vaksini qarışdırıb vuranda hansı effektivlik dərəcəsi yarandığını ölçülürlər. Başqa bir məsələ də var ki, hər iki vaksin eyni texnologiya ilə hazırlanıb. Ona görə hər ikisi birləşdirilib və istifadəsi yoxlanılıb”.
Əbülfət Baxşəli
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar