Məlumdur ki, 18 yanvar tarixindən etibarən Azərbaycanda da virus əleyhinə peyvəndlənmə başlayıb.Hazırda ölkə ərazisində 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya). Peyvənddən sonra bəzi şəxslərdə baş ağrısı, halsızlıq, qızdırma kimi halların müşahidə edilməsi təbii haldır. Xarici ölkələrdə bəzən vaksindən sonra ölüm halları da qeyd alınır.
Maraqlıdır, Azərbaycanda vaksindən sonra ölüm halları olubmu?Mövzu ilə bağlı
Cebhe.info-nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, ölümün peyvəndlə əlaqəsinin olub olmadığını sübut etmək üçün tibbi ekspertiza təyin olunmalı və araşdırılmalıdır:
“Bütün analizlər yoxlanılmalı, epiqriz əldə olunmalı və ölüm səbəbi təyin edilməlidir. Əks halda bütün ölüm hallarını peyvəndlə əlaqələndirmək doğru deyil. Qeyd edək ki, TƏBİB yalnız bölgələrdə və sayyar vaksinləşmə tədbirlərini həyata keçirir. Vaksin təlimata uygun həyata keçirilir və mütəmadi olaraq həkimlərə bu barədə məlumatlar çatdırılır. Hələlik tərəfimizdən müayinə etmədən vaksin vuran həkim aşkarlanmayıb”.Semra ƏləkbərliCebhe.info