Sizin Reklam Burada
Tel: 050 378-66-61

Medal almayan döyüşçülər nazirliyin qarşısında toplaşdı: Hərbi hissələrə tapşırıq verildi-RƏSMİ

29-06-2021, 16:38   


Medal almayan döyüşçülər nazirliyin qarşısında toplaşdı: Hərbi hissələrə tapşırıq verildi-RƏSMİ

Xəbər verildiyi kimi, müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları deyən bir qrup keçmiş döyüşçü Müdafiə Nazirliyinin qarşısında toplaşıb.
Nazirliyin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş qurum əməkdaşları tərəfindən qəbul edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Görüş zamanı qeyd edilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.
Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar