Sizin Reklam Burada
Tel: 050 378-66-61

Azad Rəhimovun vəziyyəti yenidən ağırlaşıb - nazirlikdən açıqlama

28-04-2021, 13:48   



ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəfat etməsi ilə bağlı xəbər yayılıb.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb.
O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.
***
Qeyd edək ki, Unikal.org saytı isə nazirin xəstəxanada vəfat etdiyi barədə məlumat yayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar