Ölkənin Universitetlərində ötən əsrin 60-cı illərindən qalma kafedra müdirləri var. Məsumə Məlikova 1968-cı ildən indiyə kimi BDU-nun Hüquq fakültəsinin "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının müdırıdir. Onun 95 yaşı var.
Bəhlul Ağayev 1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində “Zoologiya” kafedrasınının müdiridir. Onun 88 yaşı var
Sudeyif İmamverdiyev 1990-cı İldən Tibb Universitetində "Urologiya" kafedrasının müdiridir. Onun 87 yaşı var.
Əhliman Əmiraslanov 1992-ci ildən Tibb Universitetində "Onkologiya" kafedrasının müdiridir.
Abel Məhərrəmov 25 ildir ki, Bakı Dövlət Universitetində "Üzvi kimya" kafedrasının müdiridir.
Yaqub Məmmədov ATU-da 1979-cu ildən 2001 -ci ilə kimi “Pataloji fiziologiya" kafedrasının müdiri vəzifəsini tutub. Onu əvəz edən S. Əliyev isə 21 ildir kafedra müdiridir. İki nəfər 43 il...
40-50 il kafedra müdiri olmuş dünyasını dəyişənlərin adlarını çəkmirəm. Bu nə ənənədir? Qərbdəki və Şərqdəki elmdən danışırıq. 30 - 50 il Universitetlərdə kafedra müdiri vəzifələri zəbt edilirsə, hansı elmdən danışmaq olar.
Elm sahəsində geridə qalmış Yaponiya nümunəsi
Yapon kimyaçısı Keniti Fukui 1981-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülüb. O, “Nobel mükafatı həyatınızı necə dəyişdi”? sualına belə cavab verib: “Yaponiyada Nobel mükafatı laureatları olduqca azdır. Mən kimya üzrə Nobel mükafatını alan ilk kimyaçı olduğumdan, mətbuat üçün “bəxtəvər” ola bilərdim. Lakin xoşbəxtlikdən, yaxud bədbəxtlikdənmi, yaş həddim çatdığından Kioto Universitetindən istefa verməli idim. Bu qayda istisnasız olaraq bütün professorlara aid edilirdi. Mən 39 il dərs dediyim universiteti mükafata layiq görülsəm də belə tərk etdim. Bu böyük mükafat şəxsi həyatımı o qədər dəyişmədi. Hər gün evimdən iş yerinə piyada gedir, yenə həmin kostyumları geyinirəm”.
TEREF