Sizin Reklam Burada
Tel: 050 378-66-61

"Bu il abituriyentlərə güzəşt edilməlidir" – EKSPERT

18-08-2020, 10:57   


"Bu il abituriyentlərə güzəşt edilməlidir" – EKSPERT

Bu il ali məktəblərə qəbul imtahanlarının keçirilməsi pandemiya dövrünə təsadüf etdi. Mövcud vəziyyət abituriyentlər üçün çox çətin oldu.
Mart ayından etibarən dərslərin dayandırılması, hazırlıq kurslarının və repetitorların fəaliyyətinin məhdudlaşdırılması abituriyentlərin işini çətinləşdirdi. Düzdür, teledərslər, onlayn dərslər təşkil edildi. Amma bu imkanlar keyfiyyətli və əlçatan deyildi.
Cebhe.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bildirib ki, teledərslər, onlayn dərslər kifayət qədər keyfiyyətli deyil:
"Hələlik 13-14 avqustda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. Düzdür, test tapşırıqları 2019-cu ildə keçirilən imtahanlar ilə müqayisədə çətin deyildi, amma pandemiya dövrünün çətinlikləri, psixoloji təsirləri abituriyentlərin nəticələrinə müəyyən qədər təsir göstərib.
Məlumdur ki, Dövlət İmtahan Mərkəzi (DIM) hər il ali məktəblərə qəbul üçün müəyyən bal məhdudiyyəti tətbiq edir. Onlardan biri də abituriyentlərin ixtisas qrupları üzrə imtahanlardan minimum ümumi 50 və ya 100 bal toplanması tələbidir".
Ekspert bu il abituriyentlərə güzəşt edilməyini təklif edib:
"Güzəşt isə bal məhdudiyyətinin aradan qaldırılması, hər iki mərhələdə əldə edilmiş nəticələr toplanandan sonra ümumi balı 150 dən çox olan şəxslərin ixtisas seçiminə buraxılmasıdır. Yəni ikinci mərhələdə, hətta abituriyent 10 bal toplasa belə, iki mərhələnin cəmində 150 dən çox balı varsa, o şəxslərə kömək etmək, şərait yaratmaq lazımdır ki, ixtisas seçimi edib ali təhsil ala bilsinlər.
Bu həm ali təhsil müəssisələrinin plan yerlərinin boş qalmamasına imkan verər, həm də xarici ölkələrdə təhsil almağa gedənlərin sayına təsir göstərər".
Semra Ələkbərli
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar