Sizin Reklam Burada
Tel: 050 378-66-61

Koronavirusu geniş yayılmış müalicəsi faydasız imiş: Azərbaycanda da istifadə olunurdu - ARAŞDIRMA

6-10-2021, 20:40   


Koronavirusu geniş yayılmış müalicəsi faydasız imiş: Azərbaycanda da istifadə olunurdu - ARAŞDIRMA

Beynəlxalq tədqiqatçılar qrupu plazma köçürmələrinin COVID-19-a yoluxan ağır xəstələrin müalicəsində kömək etmədiyini müəyyən edib.
Cebhe.info xəbər verir ki, bu barədə məqalə "Journal of the American Medical Association"da dərc edilib. Müşahidə aparan tədqiqatçılar bildiriblər ki, ağır xəstələrdə qan plazmasının köçürüıməsinin faydasız olduğuna 99 faiz əmin olduqdan sonra proses dayandırılıb.
Qeyd edək ki, bu müalicə immun çatışmazlığı olan 126 xəstənin vəziyyətini yaxşılaşdırıb. Lakin tədqiqatçılar nəticə çıxarmaq üçün bu nümunənin çox az olduğunu qeyd ediblər.
Xatırladaq ki, bir müddət əvvəl Britaniyada dərc olunan tibb jurnalındakı məqalədə bildirilmişdi ki, əvvəllər koronavirusun müalicəsində qan plazması köçürmələri faydalı olsa da, indi yeni növ koronavirusa yoluxanlarda bu müalicə metodu faydasızdır.
Xatırladaq ki, bu üsuldan Azərbaycanda da istifadə olunurdu.
Sevinc Tapdıqqızı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar