Sizin Reklam Burada
Tel: 050 378-66-61

Vətəndaş yaşadığı ünvana qeydiyyata düşə bilmir - Prezidentə şikayət

27-04-2021, 10:20   
 

Sabunçu rayon sakini Sevinc Məmmədova yaşadığı ünvana qeydiyyata düşə bilmir. ANAXEBER.info xəbər verir ki, vətəndaş bu barədə Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirib. Sevinc Məmmədovanın sözlərinə görə, 12 ildir ki, Sabunçu rayonu, Ə.Bağırov 27 ümvanında yaşayır. "Yaşadığım müddət ərzində bütün kommunal xərcləri ödəmişəm. Buna baxmayaraq məni qeydiyyata salmırlar. Hal-hazırda Suraxanı rayonunda qeydiyyatdayam. Qeydiyyat problemi ilə əlaqədar müvafiq qurumlara - Sabunçu Rayon Polis İdarəsinə, Dövlət Reyestr Xidmətinə, məhkəməyə müraciət etsəm də, müsbət nəticə yoxdur", - deyə vətəndaş bildirib. Onkoloji xəstə olduğunu qeyd edən Sevinc Məmmədova müvafiq qurumların məsləyə biganə yabaşdığını görüb ölkə başçısına bi xırda problemlə bağlı müraciət etmək məcburiyyətində qalıb. "Cənab Prezident xahiş edirəm, bu məsələni diqqətə alıb problemin həlli üçün müvafiq qurumlara göstəriş verəsiniz" - şikayətçi ölkə başçısına xitabən qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar