Sizin Reklam Burada
Tel: 050 378-66-61

Koronavirusun CİDDİ FƏSADLARI aşkarlandı: Hər 50 nəfərdən biri...

7-04-2021, 23:01   


Koronavirusun CİDDİ FƏSADLARI aşkarlandı: Hər 50 nəfərdən biri...
Yeni növ koronavirusa (COVID-19) yoluxan hər 3 nəfərdən biri psixoloji və ya nevroloji xəstəliklərlə qarşılaşır.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da bununla bağlı ətraflı araşdırma aparılıb.
236 min insanın daxil olduğu araşdırmaya görə, COVID-19 infeksiyasına yoluxanların 34%-də xəstəlikdən sonra altı ay ərzində nevroloji və ya psixoloji problemlər aşkarlanıb.

Bildirilir ki, bu xəstələrin 17%-nə "Anksiyete", 14%-nə "əhval pozğunluğu" diaqnozu qoyulub.
Nevroloji təsirlər daha çox COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərdə qeydə alınıb. Virusa yoluxan hər 50 nəfərdən birində beynin qan damarlarının daralması və ya tıxanması nəticəsində qan axınının azalması səbəbindən "insult" müşahidə olunub.
Hüseyn
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar