Sizin Reklam Burada
Tel: 050 378-66-61

Bu avtomobilləri kimlər alacaq?

2-05-2023, 17:25   


Bu avtomobilləri kimlər alacaq?


Hacıqabul Sənaye Məhəlləsində reallaşdırılacaq "Minik avtomobillərinin istehsalı" layihəsi bu bölgənin iqtisadi inkişafına töhfə verəcək. 

Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov layihənin təməlqoyma mərasimində bildirib. 

"Layihə həm də Azərbaycanda qeyri-neft sektoruna, xüsusilə avtomobil sənayesinə töhfəsini verəcək. Burada istehsal ediləcək avtomobillər həm yerli, həm də xarici bazarda satılacaq", - deyə o qeyd edib. 

Maraqlıdır, bu avtomobillər daha ucuz satıla bilərmi?

Cebhe.info-ya açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov bildirib ki, bu layihə özünü doğruldarsa, yaxşı addımdır və gələcəkdə insanlar bundan faydalana bilər:

"Bu tip avtomobillərin istehsalı illər öncə də layihə şəklində Azərbaycanda reallaşdırılmışdı. Belə ki, "Made in Azerbaijan" brendi altında "Xəzər" avtomobilləri yığılırdı və rentabelliyini qoruyub saxlayırdı. Hazırda Hacıqabul Sənaye Məhəlləsində reallaşdırılacaq işlər isə həm yerli, həm xarici bazara inteqrasiya etməlidir. Bu avtomobillərin qiymətinə gəlincə, cəmiyyət tərəfindən necə rəy görməsindən, istehsal prosesində qüsur olub-olmamasından asılı olacaq. Lakin qoyulacaq bazar qiyməti normal olmalıdır ki, xaricdən gətirilən avtomobil markaları qarşısında uduzmasın. Ucuz olsa və istehsal prosesində qüsur aşkarlanmasa, cəmiyyət tərəfindən də alıcısı çox olacaq".

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar