Sizin Reklam Burada
Tel: 050 378-66-61

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakıda daha bir neçə yol bağlanacaq

22-04-2023, 09:46   


Bakıda daha bir neçə yol "Formua 1" üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.

Bu barədə Musavat.com-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.

Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar