Sizin Reklam Burada
Tel: 050 378-66-61

AZƏRBAYCANDA DƏHŞƏTLİ CİNAYƏT: 3-cü arvadının başını kəsdi

23-10-2016, 11:24   

Zərdab rayonunda ər arvadını qətlə yetirib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Yarməmmədbağı kəndində baş verib. 3 Kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

Məlumata görə, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

A. Astanov R. Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar