
Dosye.org-ın elektron ünvanına Masallı Rayon Polis Şöbəsindən maraqlı məlumat daxil olub. Əslində cənub bölgəsinin dilbər güşələrindən olan Masallı rayonu digər rayonlardan seçilir.
Rayonda baş verən kiriminal hadisələrin ötən illə müqayisədə xeyli az olduğu hüquq mühafizə orqanlarının qanun keşiyində ayıq-sayıq olduğlarını sübüt edir. Bu da əlbətdə ki, Masallı Rayon Polis Şöbəsinin rəisi Nəriman İmnovun tələbkarlığından və polis orqanlarında şərəflə xidmətindən xəbər verir.
Lakin bu o demək deyil ki, rayonda çalışan bəzi polis əməkdaşları tapşırılan işləri məsüliyyətlə yerinə yetirir. Dosye.org-a daxil olan məlumat bəzi “polis” əməkdaşlarından bəhs edilir. Məlumat üçün bildirək ki, polis əməkdaşı serjant Xaləddin Əsədullayev yaxın günlərdə polis orqanlarından azad olunacaq.
Mənbə daha sonra əlavə edir ki, buna səbəb Xaləddin Əsədullayevin şöbədən 4 kompiyutor oğurlayaraq satıb. Əldə etdiyimiz məlumatlara görə Xaləddin Əsədullayevin “müştərisi” məhz elə polis əməkdaşları olub. Maraqlısı odur ki, yenidən qalmaqalda rayonda yerli DYP-nin rəisi Afət Mirzəyevin adı hallanır. Belə ki, Afət Mirzəyev fürsəti əldən verməyərək 80 manatdan iki kompiyotora sahib çıxıb.
Digər iki kompiyutoru isə Mamed adlı polis əməkdaşı nağd pulla alıb. Bütün bunlardan halı olan polis rəisi Nəriman İmanov dərhal “qəhrəmanları” xidməti otağına dəvət edib. Xaləddin Əsədullayevin könüllü ərzəsi alındığı bildirilir. Afət Mirzəyev və Mamed adlı polis əməkdaşı isə töhmətlə “mükafatlandırılıb”. Məsələnin ciddiliyini nəzərə alıb bildirmək istəyirik ki, polisə yaraşmayan biabırçı obraza don geyindirmək qəbuledilməzdir.
Ən azından Afət Mirzəyev və Mamed adlı polis əməkdaşları dərhal polis orqanlarından xaric edilməli idi. Xatırladaq ki, bir müddət öncə jurnalist xanımla adı hallanan Afət Mirzəyev eyni aqibətlə ölkə mediasını zəbt etmişdir. Sevinc adlı jurnalisti Masallı rayonuna dəvət edən Afət Mirzəyev təbiətin qoynunda yeyib-içdikdən sonra könlünə eşq yaşamağı düşmüşdür. “Kəbinsiz” və “siğəsız” baş verən sevgi sonradan iflasa uğradı. Bu barədə növbəti yazılarımızda geniş məlumat veriləcək.
Dosye.org olaraq bir daha bildirək ki, polis orqanlarında çalışan hər bir qanun keşikçisi ləyaqətlə, vicdanla xidmət etməlidir. Azərbaycan polisi buna layiqdir. Ölkədə yaşanan əminamanlıq polislərimizin ayıq-sayıq olduğunu bir daha isbatlayır. Əfsüslər olsun ki, bəzi polis əməkdaşları etibardan sui istifadə edərək cəmiyyətdə mənfi rəy yaradır. Təbii ki, qanun qarşısında elə şəxslər layiqli cavablarını alır. Və inanırıq ki, Masallı Polis Şöbəsində yaşanan olay öz müsbət həllini tapacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.