Sizin Reklam Burada
Tel: 050 378-66-61

“Xeybəri fəth edənlər” Cənubi Azərbaycanda repressiyaya hazırlaşır

30-09-2021, 17:30   



“Xeybəri fəth edənlər” Cənubi Azərbaycanda repressiyaya hazırlaşır
"İran ordusunun quru qoşunları ölkənin şimal-qərb rayonlarına, daha dəqiq desək Azərbaycanın işğaldan azad etdiyi Zəngilan, Cəbrayıl əraziləri də daxil olmaqla, cənub sərhədlərimizdə genişmiqyaslı hərbi təlimlərə start verəcək. Artıq bu istiqamətdə bölmələr və hərbi texnikalar sərhədə yaxın ərazilərə yerləşdirilir".
Bunu politoloq Turan Rızayev "Hürriyyət"ə müsahibəsində deyib. O, hərbi təlimlərin İran-Azərbaycan münasibətlərində soyuquğun yaşandığı bir dövrdə keçirilməsi və təlimlərə “Xeybəri fəth edənlər” adının verilməsinin təsadüfi olmadığını bildirib:
"Əlbəttə ki, İran müstəqil, suveren ölkədir və öz əraziləri çərçivəsində istədiyi kimi hərbi təlimlər keçirə bilər. Lakin keçiriləcək hərbi təlimlərin İran-Azərbaycan münasibətlərində soyuquğun yaşandığı bir dövrdə keçirilməsi və təlimlərə “Xeybəri fəth edənlər” adının verilməsi heç də təsadüfi deyil.
Birincisi, bir neçə gün öncə İran XİN Səid Xətibzadə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi Tehranı sərt tənqid etməsi və iradlarına münasibət bildirərək “İslam Respublikası öz sərhədləri yaxınlığında sionist rejimin (İsrail – red.) varlığına dözməyəcək və təhlükəsizlik tədbiri olaraq lazım bildiyi hər şeyi edir” deyib.
Mahiyyət etibarilə bu çox ciddi və bir o qədər də təhlükəli açıqlamadır. Xətibzadə bununla faktiki olaraq Azərbaycan hakimiyyətini sionist rejim adlandırıb. Rəsmi Tehranın indi də hərbi təlimə “Xeybəri fəth edənlər” adının verməsi bunu bir daha təsdiqləyir".
Politoloq əlavə olaraq deyib ki, , İran bu təlimlər ilə rəsmi Bakıya gözdağı verməyə, faktiki olaraq öz hərbi qüdrətini göstərərək İsrail-Azərbaycan münasibətlərindən çəkindirməyə səsləyir:
"Məsələ ondadır ki, Xeybər Səudiyyə Ərəbistanının Mədinə şəhərinin şimalında yerləşən bir ərazidir. VI-VII əsrlərdə bu ərazidə Qüdsdən qovulan sefarat yəhudiləri yaşayıblar. İslam tarixində bu qala və qala sakini olan yahudilər uzun müddət Məhəmməd Peyğəmbərə qarşı ətrafdakı tayfalardan ibarət koalisiya yaratdıqları üçün xüsusi yer tutub. 628-ci ildə Məhəmməd peyğəmbərin rəhbərlik etdiyi qüvvələr Xeybərə daxil olaraq bu koalisiyanı məğlub edib. Yəni buradan çıxan nəticə belədir: İran üçün Azərbaycan 21-ci əsrin Xeybər qalasıdır.
Təlim ilə bağlı bir digər diqqət çəkən məqam da zirehli texnika, artilleriya, PUA-lar və radioelektron mübarizə vasitələrinin istifadə ediləcəyi olmasıdır. Xüsusilə təlimlərə PUA-ların cəlb edilməsi rəsmi Bakıya verilən növbəti mesajdır. 44 günlük müharibə zamanı müharibənin taleyini böyük ölçüdə həll edən İsrail istehsalı "Harop" və Türkiyə istehsalı "Bayraktar" PUA-larını bilən İran təlimlərə PUA-ları cəlb edərək rəsmi Bakıya qarışındakı ölkənin zəif Ermənistan deyil, İran olduğu mesajını verməyə çalışır.
Rəsmi Tehran Azərbaycanın xarici siyasətindən və regionda baş verən dəyişikliklərdən ciddi narahatdır. Bu mənada düşünürəm, “Xeybəri fəth edənlər” təlimi təkcə hərbi təlim olmayacaq.
Birincisi, İran təlimləri bahanə edərək şimal-qərb bölgəsi Güney Azərbaycanı - Ərdəbil, Zəncan, Şərqi və Qərbi Azərbaycan ostanlıqlarında Cənubi Azərbaycan fəallarını milliyyətçilərə qarşı növbəti təmizləmə əməliyyatı keçirəcək. Çünki Tehran hakimiyyəti yaxşı bilir ki, Azərbaycanla ehtimal bir gərginliyə reaksiya verəcək ilk qüvvə Cənubi Azərbaycan fəalları və milliyyətçiləri olacaq. Bu mənada bu təhlükənin qarşısı vaxtında alınmalıdır.
İkincisi, təlimlər zamanı ölkə daxilindəki İran meyilli qüvvələr aktivləşə bilər. Mahiyyət etibarilə bu proses artıq başlayıb. Anım Günü tədbirlərindən birinə qatılan bir qrup çadralı qadının İsrail əleyhinə şüarlar səsləndirməsi və sosial şəbəkə üzərindən müxtəlif növ çağırışların edilməsi bunu bir daha təsdiqləyir.
Üçüncüsü, İran bu təlimlər ilə rəsmi Bakıya gözdağı verməyə, faktiki olaraq öz hərbi qüdrətini göstərərək İsrail-Azərbaycan münasibətlərindən çəkindirməyə səsləyir".
YƏHYA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar