Sizin Reklam Burada
Tel: 050 378-66-61

Düşmənin növbəti təxribatı: Gəncənin bombalanması nəticəsində 15 şagird yaralandı RƏSMİ

13-10-2020, 13:00   


Təhsil Nazirliyi düşmən tərəfindən hədəfə alınan azərbaycanlı məktəblilərin adlarını və erməni təcavüzü nəticəsində dağıntılara məruz qalan təhsil müəssisələrinin siyahısını açıqlayıb.
Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, düşmən təcavüzü nəticəsində 3 məktəbli həlak olub. Bunlar Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur. 
Həmçinin Gəncə şəhərinin bombalanması nəticəsində məktəblilər - Banu İbrahimova, Fərid İbrahimov, Turqay Əliyev, İlyas Həsənbəyli, Məleykə Abdullayeva, Ömər Mehdiyev, Səlim Mustafazadə, Murad Cavadov, Dinarə Muradova, Rauf Muradov, Hüseyn Əliyev, Sevinc Rəhimova, Aysu Əliyeva, Şəmiddin Şirinov, Şəfa Şirinova yaralanıblar.
Düşmənin təcavüzü nəticəsində ümumilikdə 37 məktəb dağıntılara məruz qalıb. Bunlar Tərtərdə 12 məktəb, Ağdamda 11 məktəb, Gəncədə 5 məktəb, Füzulidə 4 məktəb, Goranboyda 3 məktəb, Bərdə və Ağcabədidə 1 məktəbdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar