
Azərbaycan Liberal Partiyasının (ALP) lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb.Virtualaz.org bildirir ki, bu barədə partiyanın sədri Əvəz Temirxan məlumat yayıb.
Onun sözlərinə görə, Lalə Şövkət ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir.
Ə.Temirxan ALP-nin üzvləri adından Lalə Şövkətə bu ağır sınaqdan uğurla çıxmasını və tezliklə sağalmasını arzulayıb:
“Biz, Liberal Partiyanın üzvləri Azərbaycan siyasətində dürüstlük və mərdlik simvoluna çevrilən Lalə Şövkət xanıma şəfa diləyirik”.Virtualaz.org
Xəbərlər