Sizin Reklam Burada
Tel: 050 378-66-61

Azərbaycanda hərbi xidmətlə bağlı QANUN DƏYİŞDİ: BUNDAN SONRA...

23-02-2021, 12:52   



Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.


Komitə sədri Ziyafət Əsgərov layihə barədə danışarkən xatırladıb ki, bundan sonra Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək. Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət verilməsi nəzərdə tutulur.
Qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib./Anaxeber.info/
E.Paşasoy,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar